AVRO-2020: Avropa və dünya çempionu üz-üzə gələcək

  • 10:52 - 23 İyun

AVRO-2020-də qrup mərhələsinə yekun vurulur.

Avropa.info apasport.az-a istinadən xəbər verir ki, bu gün son oyunlar keçiriləcək.

E və F qrupunda baş tutacaq qarşılaşmalardan sonra bütün 1/8 final cütləri müəyyənləşəcək.

Turnirə uğursuz start götürən və iki heç-heçə edən İspaniya Slovakiyanı sınağa çəkəcək. "Buğalar" yoluna davam etmək üçün mütləq qələbə qazanmalıdırsa, slovakları bərabərlik də qane edəcək. E qrupunun digər duelində İsveç növbəti mərhələyə vəsiqəni təmin edibsə, Polşanın onlara qoşulmaq üçün qalibiyyətdən başqa yolu yoxdur.

"Ölüm qrupu" sayılan F qrupunda da 4 yığmanın hər biri şansını qoruyur. Almaniya Münhendə Macarıstan önündə sensasiyaya imkan verməsə, mübarizəni davam etdirəcək.

Turun mərkəzi matçı isə Avropa çempionatının son finalçıları arasında olacaq. AVRO-2016-nın qalibi Portuqaliya finalda məğlub etdiyi və DÇ-2018-i qazanan Fransa sınağına çıxacaq. Son tur yalnız fransızların 1/8 finala neçənci yerdə çıxacağını müəyyənləşdirəcək. Portuqaliyanın taleyi isə məhz bu qarşılaşmanın nəticəsindən asılı olacaq.

AVRO-2020
III tur, 23 iyun

E qrupu

20:00. Slovakiya - İspaniya
Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya. "Kartuya" stadionu

20:00. İsveç - Polşa
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu

F qrupu

23:00. Almaniya - Macarıstan
Baş hakim: Sergey Karasyov (Rusiya)
Münhen. "Allyans Arena"

23:00. Portuqaliya - Fransa
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Budapeşt. "Puşkaş Arena"


Oxunma sayı: 12244

Oxşar yazılar