Mikayıl Cabbarov IFC-nin regional direktoru ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

  • 21:52 - 22 İyun

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Vibke Şlömer ilə onlayn görüş formatında müzakirələr aparıb.

Bu barədə Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Görüşdə əməkdaşlığın inkişafı perspektivləri, özəl sektorun iqtisadiyyatda rolunun artırılması və dövlət-özəl tərəfdaşlığının təşviqi istiqamətində investisiya-məsləhət xidmətlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.


Oxunma sayı: 1981

Oxşar yazılar