Keçmiş məhkum külli miqdarda heroinlə tutuldu - FOTO

  • 14:42 - 22 İyun

Ağcabədi sakini Masallıda külli miqdarda heroinlə tutulub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş İ.Çobanov Masallı rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Şöbədə üzərinə keçirilən baxış zamanı İ.Çobanovun əlindəki sellofan torbadan 1 kiloqram 175 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Oxunma sayı: 3587

Oxşar yazılar