AVRO-2020: İngiltərə Çexiya ilə, Şotlandiya Xorvatiya ilə qarşılaşacaq

  • 10:00 - 22 İyun

AVRO-2020-də qrup mərhələsinin III turu davam edir.

Avropa.info apasport.az-a istinadən bildirir ki, bu gün daha 2 oyun keçiriləcək.

Baş tutacaq qarşılaşmalarla D qrupunda mübarizəyə yekun vurulacaq. 1/8 finala yüksələn ilk iki yerin sahibi bu matçlarda bəlli olacaq. Həmçinin qrup üçüncüsü kimi tur adlayan daha bir komanda bu gün bilinəcək.

İlk iki turda 4 xal toplayan Çexiya və İngiltərə "Uembli"də qarşılaşacaq. Hər iki komandaya mübarizəni davam etdirmək üçün 1 xal da kifayətdir.

Aktivində 1 xal olan Xorvatiya ilə Şotlandiya Qlazqoda qarşılaşacaq. Rəqiblər bu görüşdə mütləq qalib gəlməlidir. Bu, ya ikinci yerə yiyələnmək imkanı verəcək, ya da qrup üçüncüsü kimi 1/8 finala yüksəlmək şansı yaradacaq.

Qeyd edək ki, qrup mərhələsinə iyunun 23-də yekun vurulacaq.

AVRO-2020
III tur, 22 iyun
D qrupu
23:00. Xorvatiya - Şotlandiya
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Qlazqo. "Hempden Park" stadionu

23:00. Çexiya - İngiltərə
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
London. "Uembli" stadionu

1Çexiya21103-14
2İngiltərə21101-04
3Xorvatiya20111-21
4Şotlandiya20110-21

Oxunma sayı: 6568

Oxşar yazılar