Seçkisonrası gərginlik - Ermənistanda toqquşmalar başlaya bilər?

  • 23:45 - 21 İyun

Ermənistanda seçkilərdən sonra toqquşma ehtimalı səslənir.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, parlament seçkilərinin yekun nəticələri ilə razılaşmayan müxalifət qüvvələrinin kütləvi etiraz aksiyalarına başlaması ehtimal olunmur.

Məsələ ilə bağlı Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Pritçin şərh verib. Onun fikrincə, seçkisonrası aksiya və toqquşmalar ehtimalı çox aşağıdır.

"Toqquşma ehtimalı çox aşağıdır. Əgər müxalifət öz tərəfdarlarını küçələrə çıxararsa, Paşinyan da öz resurslarını səfərbər edəcək və rəqiblərindən daha çox tərəfdar toplayacaq. Kütlə ilə, küçə ilə əlaqə qura bilmək onun ən güclü tərəflərindən biridir"- deyə ekspert söyləyib.


Oxunma sayı: 3543

Oxşar yazılar