Azərbaycanlı jurnalistin Rəisi ilə qəribə görüşü: “Bıçaq istədim, onun bütün vücuduna çökən qorxunu gördüm”

  • 22:22 - 21 İyun

İranda prezident seçkiləri başa çatdı. Növbəti 4 ildə prezident kürsüsündə Məhkəmə Sisteminin sabiq başçısı İbrahim Rəisi oturacaq.

İbrahim Rəisi ölkə əhalisinin yaddaşında inqilabdan sonra repressiya aparatına rəhbərlik etmiş molla rejiminin zalım simalarından biri kimi qalıb.

Avropa.info Cebhe.info-ya istinadənxəbər verir ki, əslən Güney Azərbaycanlı jurnalist Ümid Niyayeş özünün sosial şəbəkə hesabında Rəisi ilə bağlı maraqlı xatirə paylaşıb:


“Ən qəddar insanlar, əslində ,ən qorxaq olanlardır. İbrahim Rəisi ilə görüşüm onun Məhkəmə Sistemində müavin vəzifəsində işlədiyi illərə təsadüf edir. Müsahibə üçün ofisinə getmişdim. Ziyalıların yaddaşında kütləvi edamları gerçəkləşdirən heyətin üzvü kimi qalsa da, onunla bağlı heç bir təsəvvürüm yox idi. Müsahibə ərəfəsində səsyazma aparatının (diktafonun) batareyasını dəyişmək lazım oldu. Dırnağımla aça bilmədiyim üçün bıçaq istədim. Bıçağı nə üçün istədiyimi deyən ana qədər (hardasa 2-3 saniyə çəkdi) Rəisinin bütün vücuduna çökən qorxunu gözlərində açıqca gördüm. “Batareyasını dəyişmək istəyirəm, aça bilmirəm”,- dedim. Rəisi heç dəxli olmayan şəkildə “Aha, əlbəttə, bıçağın yaxşı istifadələri də var”,- dedi və mühafizəçilərinə meyvə bıçağı gətirmələrini tapşırdı”.

Güneyli jurnalist bildirib ki, yeni prezident onun yaddaşında qorxaq adam kimi qalıb: “Düzdür, mənim bıçaq istəməyim qəfil oldu, ancaq o an “böyük Ayətullah”ın uşaq müxbirin qarşısında belə qorxduğunu görəndə əmin oldum ki, ən qəddar insanlar əslində ən qorxaq olanlarıdır”.


Oxunma sayı: 3488

Oxşar yazılar