AVRO-2020: İsveçrə Türkiyə yığmasına qalib gəldi - Türkiyə Avropa çempionatından ayrıldı - YENİLƏNİB

  • 21:56 - 20 İyun

İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçı başa çatıb.

Avropa.info xəbər verir ki, oyun 3:1 hesabı ilə İsveçrə millisinin xeyirinə bitib.

Beləliklə, Türkiyə yığması Avropa çempionatından ayırılıb.

21:29

İsveçrə-Türkiyə matçında hesab 3:1 olub. Qarşılaşmada Şakiri fərqlənib

***

21:23

İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında növbəti qol vurulub.

Avropa.info xəbər verir ki, Türkiyə yığmasının oyunçusu İrfan Can Kahveçi 62-ci dəqiqədə İsveçrə yığmasının qapısına bir qol vurub.

Hələ ki, 2:1 hesabı ilə İsveçrə yığması irəlidədir.

***

21:10

İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında növbəti qol vurulub.

Cerdan Şakiri 26-cı dəqiqədə komandasının üstünlüyünü 2 topa çatdırıb.

***20:11

Türkiyə - İsveçrə oyununda hesab açılıb.

Avropa.info xəbər verir ki, oyunun 6-cı dəqiqəsində İsveçrə hesabı açıb. Fərqlənən Haris Seferoviç isveçrəliləri önə keçirib.

***20:02

AVRO-2020-də qrup mərhələsinin III turu start götürüb.

Avropa.info xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə ilə qarşılaşır. Sloveniyalı Slavko Vinçiçin start fiti ilə qarşılaşma başlayıb.

Qeyd edək ki, ilk iki turdan sonra xalı olmayan "ay-ulduzlular" sonuncu sırada qərarlaşıb. İsveçrə seçməsi isə 1 xalla üçüncüdür.

***19:53

Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunda III turun İsveçrə - Türkiyə oyununun açılış mərasimi keçirilib.

Avropa.info xəbər verir ki, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.

Daha sonra meydanın hər iki tərəfində yığma komandaların nəhəng formaları təqdim edilib.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.

AVRO-2020
Qrup mərhələsi
III tur, 20 iyun
A qrupu

20:00. İtaliya – Uels
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Roma. Olimpiya Stadionu

20:00. Türkiyə - İsveçrə
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu


Oxunma sayı: 5435

Oxşar yazılar