Bir güləşçimiz Avropa çempionu oldu, digəri bürünc medal qazandı

  • 21:10 - 20 İyun

Azərbaycanın yunan-Roma güləşçisi Rahim Həsənov Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 45 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada Nikita Dementiyevlə (Ukrayna) üz-üzə gəlib.

Rəqibini 12:0 hesabı ilə məğlub edən Həsənov qitə çempionu olub.

51 kq-dakı Pərviz Dadaşov isə bürünc medal uğrunda görüşdə Filip Bartoşikə (Çexiya) 9:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.


Oxunma sayı: 4698

Oxşar yazılar