Rusiyadan şok edən koronavirus AÇIQLAMASI: Peyvənd olunanlar arasında da yoluxanlar var

  • 17:51 - 20 İyun

"Rossiya 1" telekanalına müsahibə verən Moskvanın bələdiyyə sədri Sergey Sobyanin koronavirus əleyhinə peyvənd olunmuş şəxslər arasında yoluxma hallarının olduğunu söyləyib. 

Avropa.info-nun məlumatına görə, Sobyanin bildirib ki, bir insanı Hindistan ştammından qorumaq üçün immunitet səviyyəsi Vuhan ştammından iki qat daha yüksək olmalıdır. Bələdiyyə sədri bu səbəbdən yoluxma hallarının olduğunu, peyvənd olunanlarda da COVID-19-a yoluxma olduğunu qeyd edib.

Moskvada 1,5 milyon insanın ikinci dozada koronavirus peyvəndi olduğunu söyləyən Sobyanin hər şeydən əvvəl, maksimum səviyyətə peyvənd olunmanın vacibliyini söyləyib: "Vaksin vurulandan sonra yoluxma olsa belə, əksəriyyəti yüngül xəstədir, əksəriyyəti xəstəliyə tutulmur. Vaxtında peyvənd olunmaq lazımdır. Bundan sonra virusun yayılmasının qarşısını alan bir baryer, müdafiə qatı meydana gəlir". 

Rusiyada, xüsusilə paytaxt Moskvada yoluxmalar yenidən artdıqca, Sobyanin koronavirus epidemiyası səbəbiylə şəhərdə tətbiq olunan məhdudiyyətləri 29 iyuna qədər uzadıb və yeni qadağalar elan edib. 

Koronavirusla Mübarizə Mərkəzi Rusiyada son 24 saat ərzində 17611 yoluxma faktının aşkarlandığını açıqlayıb. 

Siyahıya 8.305 yoluxma sayı ilə Moskva liderlik edir. Moskva ətrafı bölgədə isə 1638 yoluxma sayı qeydə alınıb. 

Son 24 saat ərzində 450 nəfər koronavirusdan ölüb, 8 min 629 nəfər xəstəliyə qalib gəlib.


Oxunma sayı: 3147

Oxşar yazılar