Azərbaycanda bir gündə 56 nəfər COVID-19-a yoluxdu, 88 nəfər sağaldı - 1 nəfər ölüb

  • 17:10 - 20 İyun

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 493 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib, aktiv xəstə sayı 981 nəfərdir.

Ölkədə son sutka ərzində 7 581, hazırkı dövrədək isə 3 675 862 test aparılıb.


Oxunma sayı: 2498

Oxşar yazılar