Ermənistanda parlament seçkiləri başlayıb

  • 09:01 - 20 İyun

Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Avropa.info xəbər verir ki, səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Ermənistanda erkən parlament seçkilərində rekord sayda - 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir.

2583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər - onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər proporsional sistemlə keçiriləcək.

Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, ikinci prezident Robert Koçaryan hesab olunur. Koçaryan seçkidə "Ermənistan" blokunun lideri kimi qatılıb.


Oxunma sayı: 4709

Oxşar yazılar