Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları Şuşa Bəyannaməsi ilə bağlı müraciət yayıb

  • 12:36 - 20 İyun

Tarixi Şuşa Bəyannaməsi ilə bağlı Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının müraciəti yayılıb. 

Avropa.info–ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, müraciətdə deyilir

- Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri olaraq, 15 iyun 2021-ci il tarixli "Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasını məmnuniyyətlə qarşıladığımızı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə həyata vəsiqə qazanan, iki qətiyyətli Lider tərəfindən imzalanan sənədi yüksək dəyərləndirir və bütün gücümüzlə dəstəklədiyimizi bildiririk.

Bəyannamə yalnız iki qardaş ölkənin deyil, bütün Türk dünyasının həmrəyliyini ifadə edən və gücləndirən, eləcə də Avrasiya coğrafiyası üçün sülh, sabitlik və inkişaf vəd edən bir çox müddəanı özündə ehtiva edir. Odur ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları birlik və həmrəyliyimizin əhəmiyyətli olduğunu diqqətə çatdırmaqla digər türksoylu ölkələrin, həmçinin sülhsevər digər icmalarla birgə fəaliyyətin əhəmiyyətli olduğunu vurğulayırıq.

Xüsusi olaraq qeyd etmək istəyirik ki, sözügedən sənədin imzalanma tarixinin seçilməsi özündə iki böyük tarixin nişanələrini əks etdirir. Hesab edirik ki, Azərbaycanın Milli Qurtuluş Günündə və Qars müqaviləsinin yüzüncü ildönümündə imzalanması hər iki liderin Türkiyə Cümhuriyyətinin banısi Mustafa Kamal Atatürkə və ümummilli lider Heydər Əliyevə olan tükənməz sevgi və ehtiramın nişanəsidir. Məhz Mustafa Kamal Atatürkün “Naxçıvan türkün qapısıdır”,- ifadəsi və tapşırıqları ilə Naxçıvan bölgəsinə muxtar dövlət statusunun verilməsi hazırda türk dünyasının nəqliyyat və kommunikasiya baxımından birləşmək fürsətini yaratmışdır.

Artıq dövlət müstəqilliyinin otuzuncu ildönümünü şərəflə yaşayan türksoylu ölkələr ötən dövrdə böyük inkişaf yolu keçiblər. Həmrəylik və birlik çağırışlarımız yalnız türksoylu xalqların tərəqqisi üçün deyil, bütün dünyada mehriban dostluq, səmimi qonşuluq, birgəyaşayış mədəniyyətinin nümayişi olaraq örnəyə çevrilib. Bütün bunlar milli simamız və dəyərlərimizdir.

Əziz və dəyərli yurddaşlar, soydaşlar, dindaşlar və məsləkdaşlar yaşadığımız dünyada sülh və sabitliyin qorunması, təbliği və təşviqində diaspor təşkilatları və media qurumlarının da üzərinə ağır və şərəfli məsuliyyət qoyur. Bu məsuliyyətin bir istiqaməti də Azərbaycan və Türkiyəyə aid həqiqətlərin dünya birliyinə düzgün çatdırılması, xalqlarımıza, ölkələrimizə qarşı yalan və iftiraların dəf edilməsidir. Son illər məhz birgə səylərimiz nəticəsində saxta “erməni məsələsi”ndən doğan bütün irtica fəaliyyətlərin ifşası istiqamətində əhəmiyyətli addımlar atmışıq. Lakin bütün bunlar yetərli deyildir. Sözügedən Bəyannamə əməkdaşlıq, inkişaf, tərəqqi və rifah üçün unikal imkanlar yaratmaqdadır.

Ermənistanın, erməni millətçi dairələrin, lobbi təşkilatlarının Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların saxtalaşdırılması əsasında siyasiləşdirilmiş qərarların həqiqət kimi təqdim olunması son dərəcə təhlükəlidir və birgə səylərlə bunları dəf etməliyik. Bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləməklə real işlərə rəvac verməliyik.

Prezident İlham Əliyevin söylədiyi və Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın da dəstəklədiyi kimi: bir millətin iki diasporu ola bilməz.

Birmənalı olaraq qeyd etmək istəyirik ki, müxtəlif ölkələrdə yaşayan Azərbaycan və Türkiyə diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, məruz qaldığımız ümumi problemlərin qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi səmərəli fəaliyyət üçün yeganə düzgün yoldur.

Milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının koordinasiyalı şəkildə birgə fəaliyyətləri gücümüzü artırar, nəticələri yüksəldər.

Bu bəyanatı yazmaqda və yaymaqda məqsədimiz bir daha Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini yüksək dəyərləndirdiyimizi nümayiş etdirmək, güclü, qüdrətli, yenilməz, xalqların birliyinin və dostluğunun qaranti olan ittifaqın qorunmasına və inkişafı naminə yumruq kimi birləşmiş diaspora çevrilmək niyyətimizi ifadə edirik. Azərbaycan və Türkiyənin diaspor təşkilatları yalnız və yalnız ittifaq şəkilində birləşmiş fəaliyyət göstərməklə əsas hədəflərə nail ola bilərlər. Bir olaq, diri olaq, güclü olaq, müttəfiq olaq.

Müracaiəti imzalayan təşkilatlar:

 

 Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (Azərbaycan Evi)
 

Hatay Azərbaycan Evi

 

 Yalova Əsassız Erməni İddilaları ilə Mübarizə Dərnəyi
 Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi
 

İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi

 

 

Azərbaycan Təhsil və Kültür Dərnəyi

 

 Eskişəhər Azərbaycanlılar Dərnəyi
 Gənc Azərbaycanlılar Dərnəyi
 

Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyi

 

 Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi
 Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası
 Kocaeli Azərbaycan Heydər Əliyev Kültür Evi Dərnəyi
 Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası
 Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası
 Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
 İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi
 

Türkiyə Azərbaycan Dərnəyi

 

 Iğdır Azərbaycan Evi
 

Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi

 

 Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
 

İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi

 

 İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi
 Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi
 Çağdaş Azərbaycan Kültür Dərnəyi
 Ədirnə Azərbaycan Evi Dərnəyi
 

Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi

 

 Azərbaycanlı Həkimlər Dərnəyi
 

İstanbul-Azərbaycan Dostluq Dərnəyi

 

 “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi
 Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
 Kayseri Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi
 “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyi
 Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi
 Anka - Azərbaycan Rəqs və Sənət Klubu
 İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi
 Araz Doğa Sporları və Kültür Klubu Dərnəyi
 Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyi
 İstanbul Azərbaycan Kültür Evi
 İstanbul Heydər Əliyev adına Azərbaycan məktəbi
 Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyi
 Balıkesir Azərbaycan Evi Dərnəyi
 “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi
 Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi
 “Mübariz” Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi
 Azərbaycan Gənclərinin İstanbul Hərəkatı
 İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu
 Celal Bayar Üniversitesi Manisa Azərbaycanlı Tələbələr Topluluğu
 Düzce Üniversitesi Türk Dünyası Topluluğu
 Bülent Ecevit Universitetinin nəzdində Azərbaycan Kültür Topluluğu
 Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi
 Konya Azərbaycanlı Tələbələr Birliyi
 Sakaryada Azərbaycan Kültür və Həmrəylik Topluluğu
 Manisa Azərbaycanlı Tələbələr Birliyi
 Kayseri Azərbaycanlı Tələbələr Birliyi
 Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi
 Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi
 

Azərbaycan Kipr Dostluq Cəmiyyəti

 

 Azərbaycan - Kipr Gənclər Təşkilatı
 Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Birliyi
 Elazığ Azərbaycan Mədəniyyət və Tələbə Gənclər Birliyi
 "Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi”
 Qars Azərbaycan Evi Dərnəyi
 İğdır Vakfı
 

Azərbaycan Çanaqqala Dərnəyi

 

 

“Gəlcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı”

 

 ”Azərbaycan Deyincə” Dərnəyi
 AzArt - Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu
 Alanya Azərbaycanlılar Dərnəyi
 Zile Azərbaycan Qarabağlılar Yardımlaşma və Dayanışma Dərnəyi
 Azərbaycan Kültür Mərkəzi Dərnəyi
 

Türkiyə Anadolu Aydınlar Ocağı

 

 Türkiyə Azərbaycan Dev Kardeşlik, Candaşlık və Strateji Platformu
 Türk Kültür Platformu
 “Yeşil İğdır” qəzeti

 

 

 


 


Oxunma sayı: 2531

Oxşar yazılar