Peruda avtobus dərəyə aşıb: 27 ölü

  • 11:46 - 20 İyun

Perunun cənubunda yerləşən Ayakucho regionunda bölgələrarası avtobus gecə saatlarında qəzaya uğrayıb.

Qəza nəticəsində 27 nəfər ölüb, bir neçə sərnişin ciddi xəsarət alıb.

İlkin araşdırmalara əsasən, mədən işçiləri və ailələrini aparan avtobusun gecə saat 3:00 radələrində 250 metrlik dərəyə düşdüyü bildirilir.

Xilasetmə qrupları, yanğınsöndürənlər və polis əməkdaşları hadisə yerinə cəlb ediliblər, yaralılar xəstəxanalara çatdırılıb.(trend) 


Oxunma sayı: 3411

Oxşar yazılar