Türkiyədə bir gündə 51 nəfər koronavirusdan ölüb

  • 23:28 - 19 İyun

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 51 nəfər vəfat edib.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyunun 19-da yoxlanış məqsədilə götürülən 215 496 testdən 5 480-dı müsbət çıxıb.

Sutka ərzində 4 195 nəfər sağalaraq evə buraxılıb.  

Bugünədək virusdan sağalanların ümumi sayı 5 228 419 nəfərə yüksəlib.

Qeyd olunub ki, hazırda Türkiyə xəstəxanalarında COVID-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 829 nəfərdir.

Pandemiyadan vəfat edənlərin ümumi sayı isə 49 122 nəfər təşkil edib.


Oxunma sayı: 3697

Oxşar yazılar