Güləşçimiz Avropa çempionu oldu

  • 22:20 - 19 İyun

Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.

O, qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.

Mustafayev qələbə qazandıqdan sonra iki ölkə bayrağı ilə xalçanın üzərində dövrə vurub.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb.


Oxunma sayı: 5281

Oxşar yazılar