Pandemiya nə zaman bitəcək: Mütəxəssislər şərtləri açıqladı

  • 14:03 - 19 İyun

Koronavirus pandemiyasının başa çatma vaxtı peyvənd olunmamış millətlərdən, xüsusən də inkişaf etməkdə olan ölkələrə peyvənd tədarükünün sürətindən asılı olacaq. Çünki peyvəndlənmə mutasiyaların dayandırılmasına kömək edir. Yeni mutasiya prosesləri isə, kütləvi peyvənd səylərini zədələyə bilər.

Avropa.info xəbər verir ki, bu barədə Luiziana Universitetinin dekanı və epidemiologiya üzrə professor Edvard Trapido bildirib. Professor pandemiyanın 2022-ci ilə qədər davam edəcəyini və sonrakı dövrdə isə, xəstəliyin daha endemik olacağını proqnozlaşdırır. O həmçinin qeyd edib ki, vaksinlərin paylanması ilə bağlı daha çox səylər Braziliya, Hindistan, Pakistan, Nepal, Cənubi Amerika və digər inkişaf etməkdə olan ölkələrə yönəldilməlidir.

Konnektikut Universitetinin virusologiya üzrə professoru Paulo Verardi isə, "RİA Novosti"yə verdiyi açıqlamada, bəzi ölkələrin əhalisinin ən azı üçdə ikisinin və ya daha çoxunun vaksinasiyadan keçməli olduğunu söyləyib. Beləcə yeni dalğaların qarşısı da alınar.

Mütəxəssis eyni zamanda koronavirusun yeni, daha yoluxucu variantlarının narahatlıq doğurduğunu da qeyd edib.Verardi də yoxsul ölkələr daxil olmaqla, dünyanın hər bir yerində yaşayan insanlara peyvəndlərdən istifadə imkanı yaradılmasının vacibliyini vurğulayıb. Çünki bu, pandemiyaya nəzarət etmək və gələcəkdə xəstəlik artımlarının qarşısını almaq üçün yeganə yoldur.


Oxunma sayı: 4676

Oxşar yazılar