Səməd Seyidov məşhur iş adamıyla quda oldu: "Toy etməmişik"

  • 10:36 - 19 İyun

"Bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, bu, doğru deyil."

Avropa.info xəbər verir ki, bunu manşet.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O, daha sonra yayılan məlumatla bağlı bunları deyib:

"Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, toy eləmişəm. Övladlarımız gedib nikah ediblər, ancaq toy məclisi keçirilməyib".

Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov "EFES Elçin” kimi tanınan iş adamı, "CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub.


Oxunma sayı: 3686

Oxşar yazılar