Rusiyada təyyarə qəzası: ölənlər və xəsarət alanlar var

  • 10:00 - 19 İyun

Rusiyanın Kemerovo vilayətində "L-410" tipli təyyarə sərt eniş edib.

Avropa.info APA-ya istinadən bildirir ki, nəticədə dörd nəfər ölüb, onlardan ikisi pilotdur.

Hadisə zamanı, həmçinin 15 nəfər xəsarət alıb.

Məlumata görə, bu, Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib.

Təcili tibbi yardım xidmətinin sonradan verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.


Oxunma sayı: 3653

Oxşar yazılar