Komitə sədri: “Azərbaycanda məscidlərin sayı 2253-ə çatıb”

  • 20:06 - 18 İyun

“Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: 20 illik zaman kəsiyində” yazısında bildirib:

  •  

“Təkcə bir faktı qeyd edək ki, sovetlər zamanı ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, indi bu rəqəm 2253-ə çatıb, ölkəmizdə 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 970 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür”.


 


Oxunma sayı: 3026

Oxşar yazılar