Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub

  • 19:40 - 18 İyun

BMT Baş Assembleyasının bu gün keçirilən iclasında Antonio Quterriş ikinci müddətə BMT-nin Baş katibi təyin olunub.

Bu barədə BMT Baş Assambelyasının 75-ci sessiyasının sədri Volkan Bozkır iclasda bəyan edib.

V. Bozkır bildirib ki, A. Quterriş BMT Baş Assembleyası tərəfindən 1 yanvar 2022-ci ildən 31 dekabr 2026-cı il tarixinə qədər ikinci müddətə BMT-nin Baş katibi təyin olunur.

Qeyd edək ki, A. Quterriş BMT Baş katibi postuna yeganə namizəd olub. Onun namizədliyini təşkilatın Təhlükəsizlik Şurası tərəfindən də dəstəklənmişdi.

BMT-nin Baş katibi beş ildən bir seçilir.


Oxunma sayı: 3125

Oxşar yazılar