Alp dağlarında inanılmaz "qırmızı qar" MƏNZƏRƏSİ: Elm adamları hərəkətə keçdi - FOTOLAR

  • 15:26 - 18 İyun

Yay ayları yaxınlaşdıqca Alp dağlarının yüksək hissələrində görülən "qırmızı qar" elm adamlarını hərəkətə gətirib. 

Avropa.info bildirir ki, alimlərin verdiyi açıqlamada mikroalgların çoxalmasının qarın rənginin dəyişməsinə səbəb olduğu və bunun havadakı karbon dioksid miqdarının artması və iqlim dəyişikliyi ilə əlaqəli olduğu qeyd edilib.

Milli Elmi Tədqiqat Mərkəzinin Hüceyrə və Bitki Fiziologiyası Laboratoriyasının direktoru Eric Marechal açıqlamasında bildirib ki, may ayından başlayaraq günəş şüaları çox güclü olduqda, yosunlar günəşdən qoruyucu rolunu oynayan qırmızı molekulların bir qalxanını meydana gətirir.

O qeyd edib ki, u dönəm çoxaldıqları zamana tuş gələrək, zirvələrdə fövqəladə mənzərələr təqdim edirlər.

Son illərdə bu vəziyyətin həyəcan verici artımının səbəbinin, yosunların qidalandığı atmosferdə karbon qazının artması ola biləcəyi bildirilsə də, mikro yosunların qar əriməsini sürətləndirdiyi təxmin edilir.

"Təəssüf ki, qırmızı rəng qarın albedo təsirini aradan qaldıraraq buzlaqların əriməsini asanlaşdırır. Bu, günəş şüalarını daha az əks etdirir, isinir və daha tez əriyir",- deyə Marechal bildirib.

Bu mikro yosunların antioksidant baxımından zəngin olması səbəbiylə hüceyrələrin yaşlanmasına qarşı mübarizədə istifadə edilə biləcəyini söyləyən Marechal, "Sanguina molekulları antioksidanla zəngindir və hüceyrələrin qocalmasına qarşı mübarizə və hətta yeni yanacaqları sintez etməklə enerji sektorunun diqqətini çəkə bilər", deyib.

Təbiətin səhnə olduğu inanılmaz ildırımlar, vulkanlar və buludlar fotoşəkillərdə möhtəşəm görüntülər yaratsa da, bəzən nəticələr o qədər də gözəl olmur. 


Oxunma sayı: 5105

Oxşar yazılar