Azərbaycanda DƏHŞƏT: Boşanmaq istəyən arvadının başını kəsdi - YENİLƏNİB

  • 16:31 - 18 İyun

Tərtərdə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Avropa.info APA-ya istinadən xəbər verir ki, rayon sakini Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı Tərtər şəhər Məhkəməsinin binasının qarşısında başını kəsərək qətlə yetirib. 

Hadisəni boşanma üstündə baş verdiyi bildirilir.

  • A. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən yerdə araşdırma aparır.

***

İyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon Prokurorluğundan Avropa.info-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 


Oxunma sayı: 3785

Oxşar yazılar