Saatlıda fermadan 120 baş qoyun oğurlayan çoban tutulub

  • 16:08 - 17 İyun

Saatlıda fermadan xırdabuynuzlu heyvanlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də şəhər sakini N.Amanova məxsus fermadan 120 baş qoyun oğurlamaqda şübhəli bilinən orada çoban işləyən Yardımlı rayon sakini S.Sarıyev saxlanılıb.

Onun əvvəllər məhkum olunduğu bildirilir.


Oxunma sayı: 3323

Oxşar yazılar