Bakıda çimərlikdə kütləvi dava: 2 nəfər bıçaqlandı - FOTO

  • 12:56 - 17 İyun

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Mahmudov Şəmsi Asif oğlu və 1984-cü il təvəllüdlü Mahmudov Xəyal Saleh oğlu kütləvi dava zamanı bıçaqlanıb. Ş.Mahmudova ümumilikdə üç bıçaq zərbəsi vurulub.

X.Mahmudovun isə döş qəfəsinə daxilə nüfuza edən xəsarət yetirilib. Onun vəziyyəti ağırdır.


Oxunma sayı: 3367

Oxşar yazılar