Putin və Bayden razılığa gəldi: Səfirlər geri qayıdır

  • 22:49 - 16 İyun

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden səfirlərin iş yerlərinə qayıtması barədə razılığa gəliblər.

Avropa.info azvision.az-a istinadən xəbər verir ki, bu barədə Putin Baydenlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Putin qeyd edib ki, danışıqlarda bir neçə ay əvvəl qarşılıqlı olaraq geri çağırılan səfirlərin yenidən vəzifə başına qayıtmalarına dair razılıq əldə olunub.

Bundan əlavə, Rusiya lideri amerikalı həmkarı ilə strateji sabitliyi və regional münaqişələri müzakirə etdiyini vurğulayıb.

"Baydenlə strateji sabitliyə dair qurumlararası səviyyədə məsləhətləşmələrə başlamaq barədə razılığa gəldik" - Putin deyib.

O, ümumilikdə Baydenlə 5 saatdan çox davam edən danışıqları konstruktiv adlandırıb.

Qeyd edək ki, bu gün Cenevrədə Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında görüş keçirilib.


Oxunma sayı: 4203

Oxşar yazılar