AVRO-2020: Macarıstan-Portuqaliya matçını Cüneyt Çakır idarə edəcək

  • 15:29 - 14 İyun

Futbol üzrə Avropa çempionatının F qrupu çərçivəsində keçiriləcək Macarıstan-Portuqaliya matçı türkiyəli hakimlər briqadasına həvalə olunub.

Avropa.info bildirir ki, qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq.

Referiyə Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şkarer yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 15-də Budapeştdəki "Puşkaş Arena"da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Oxunma sayı: 4863

Oxşar yazılar