Sabirabadda 36 yaşlı kişi bıçaqlandı

  • 13:24 - 14 İyun

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avropa.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Qurbanov Yusif Böyükxan oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı dərhal əməliyyat olunub. Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3917

Oxşar yazılar