İtaliyada atışma olub, xəsarət alanlar var

  • 19:32 - 13 İyun

İtaliyada atışma olub.

“Report” xəbər verir ki, bu barədə “RaiNews24” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Roma yaxnlığındakı Ardea şəhərində baş verib. Atışma zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri yaşlı kişi, ikisi uşaqdır.

Hadisəni törədən şəxs qaçaraq gizlənib. Ardeanın və qonşu Pomesiya və Ansio şəhərlərinin hüquq-mühafizə orqanları cinayətkarın axtarışına başlayıblar.


Oxunma sayı: 4071

Oxşar yazılar