Prezident İlham Əliyevin növbəti ZƏFƏRİ : Azərbaycan minalanmış ərazilərin xəritələrini Ermənistandan aldı

  • 19:10 - 12 İyun

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bu barədə Avropa.info-ya Azərbaycan XİN-dən bildirilib.

Ermənistanın "xəritə" oyunu:

 

"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək", - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, 30 il ərzində erməni işğalçıları bu ərazilərə çoxlu sayda mina basdırıb, sədd qurmuşdular. Azərbaycanın Qarabağ zəfərindən sonra  ermənilərin basdırdıqları bu minalara xeyli sayda dinc sakinimizin düşməsi də hər kəsə məlumdur. Onların arasında jurnalistlər də var.

Beynəlxalq hüquqa məhəl qoymayan Ermənistan mina xəritələrini verməkdən boyun qaçırırdı.Ermənistan bu addımı ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini də pozurdu.

Lakin Prezident İlham Əliyevin prinsipial mövqeyi, diplomatik səyləri səbəbinə Ermənistanın bütün təxribatçı addımlarının qarşısı alındı. Prezident bütün beynəlxalq təşkilatlar qarşısında Azərbaycan torpaqlarının minalanması məsələsini qaldırdı. Siyasi şərhçilərin fikirincə, ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin bu məsələdə fəal iştirak etməsi İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Məlumdur ki, xəritələr təhvil verilməsəydi Ağdam ərazisinin minalardan təmizlənməsi prosesi uzun vaxt alardı. Bu isə təbii ki, bərpa işlərini sürətlə aparmaq, əhalini əzəli toraqlarını qaytarmaq prosesini gecikdirərdi.

Avropa.info


Oxunma sayı: 11628

Oxşar yazılar