ABŞ-da atışma nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

  • 12:40 - 12 İyun

ABŞ-ın Corciya ştatının Savanna şəhərində atışma baş verib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Hadisə yerli vaxtla saat 21:00 radələrində polis bölməsindən bir qədər aralıda qeydə alınıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlardan biri 2 yaşlı uşaq, digəri isə 13 yaşlı yeniyetmədir.

Hadisəni törədən şəxs axtarılır, atışmanın hansı səbəbdən baş verdiyi məlum deyil.(apa) 


Oxunma sayı: 3851

Oxşar yazılar