Jurnalistlər binasının komendantı Binyamin İsmayılov saxlanılıb - RƏSMİ

  • 23:15 - 11 İyun

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.


Oxunma sayı: 4467

Oxşar yazılar