22 mindən çox şagird imtahan verəcək

  • 12:10 - 10 İyun

10 iyun 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilir.

Mərkəzdən verilən məlumata görə, imtahanlar respublikanın 12 şəhər və rayonunda (Bakı şəhərinin Bakı şəhərinin Nizami, Səbail, Suraxanı rayonlarında, Mingəçevir və Sumqayıt şəhərlərində, Ağcabədi, Balakən, Biləsuvar, Cəlilabad, İmişli, İsmayıllı, Quba rayonlarında) keçirilir.

İmtahanlar saat 11:00-da başlanır. 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 101 imtahan binası, 1695 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 101 ümumi imtahan rəhbəri, 278 imtahan rəhbəri, 2118 nəzarətçi-müəllim, 202 buraxılışı rejimi əməkdaşı (mühafizə), 101 bina nümayəndəsi ayrılıb.

Bu gün keçiriləcək imtahanlarda 22215 şagirdin iştirakı nəzərdə tutulur.


Oxunma sayı: 11331

Oxşar yazılar