Türkiyə təhlükəsizlik qüvvələri "narıncı siyahı"da axtarışda olan "Bahoz" kod adlı PKK terrorçusunu məhv etdi -Nazir açıqladı

  • 02:18 - 13 May

"Hazırda Avaşin Basyanda, sərhədin bu tərəfində, xüsusi əməliyyat polislərimiz, jandarma, komandolarımız, sərhədin digər tərəfində qəhrəman Mehmetciyimiz bölgəni terrordan təmizləyir."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib. Soylu, "narıncı siyahı"da olan "Bahoz" kod adlı terrorçu Ferhat Taşdemirin məhv edildiyini bildirib.

"Ötən il çox kədərləndik. Çukurcada 3 mülki vətəndaşımız öldürüldü. Terrorçular vətəndaşlarımızı Kazan Vadisində öldürmüşdülər. Getdik və ailəni ziyarət etdik. . "Narahat olmayın, bunun hesabını soruşacayıq", dedik. 8 mayda məhv edilən 3 terrorçu arasında, "narıncı siyahı"da axtarılan "Bahoz" kod adlı terrorçu Ferhat Taşdemir həmin 3 mülki vətəndaşımızı qətlə yetirən terrorçudur. Vətəndaşlarımızın qanı yerdə qalmadı", deyə Soylu qeyd edib.


Oxunma sayı: 4126

Oxşar yazılar