Ərdoğandan İsrailə daha bir SƏRT MESAJ: "Müqəddəs Qüds şəhərinin şərəfini qorumaq hər bir müsəlmanın boynunun borcudur" (FOTO)

  • 01:25 - 13 May

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin F'ələstinə qarşı hücumlarının dərhal dayandırılmasını tələb edib.

Avropa.info xəbər verir ki, bu haqda Ərdoğan tvitter hesabında yazıb. İngilis dilində yazılmış mesajda Ərdoğan, Küdüsü qorumağın hər bir müsəlmanın borcu olduğunu bildirib.

"Qüdsdəki hücumun ünvanı oradakı qardaşlarımızla yanaşı, Məkkədə Kəbəni təvaf edən, Mədinədə Peyğəmbərin (s.a.s) hüzurunda olan müsəlmandır. İstanbulda, Diyarbəkrdə, Bağdadda, Qahirədə, İslamabadda, Cakartada, Kuala Lumpurda, Bakı və Sarayevoda yaşayan müsəlmanların hər biridir. Müqəddəs Qüds şəhərinin şərəfini, izzətini, ləyaqətini qorumaq hər bir müsəlmanın boynunun borcudur.

Image

Bütün dünyanı, xüsusilə də İslam ölkələrini İsrailin Məscidül-Əqsaya, Qüdsə və Fələstinlilərin evlərinə etdiyi hücumlara qarşı etiraza dəvət edirəm. Qüdsü və müsəlmanları qoruya bilməyən bir dünya özünə xəyanət etmiş, özünü partladacaq bombanın ipini çəkmişdir.

Türkiyə olaraq bu gün də həmişəki kimi Qüdsdəki qardaşlarımızın və Fələstindəki bütün müsəlmanların yanındayıq. Dərhal Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla, bütün müvafiq beynəlxalq qurumları səfərbər etmək üçün lazımi təşəbbüsləri başlatdıq. Məscidül-Əqsaya və Qüdsdəki müsəlmanlara qarşı edilən iyrənc hücumların dərhal dayandırılmasını istəyirik. Allah məzlumların köməkçisidir", deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 11133

Oxşar yazılar