Ermənistanda təşviş: Azərbaycan ordusu irəliləyib – Zəngəzurda nə baş verir?

  • 18:46 - 12 May

Vanadzorda xidmət aparan Ermənistan ordusuna həyəcan siqnalı verilib. Erməni birləşmələri təcili Zəngəzur istiqamətinə göndərilir.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, Zəngəzur istiqamətində Azərbaycan ordusunun fəaliyyəti ilə əlaqədar Ermənistan ordusu 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ermənistan mətbuatının yaydığı məlumatlara görə, Azərbaycan ordusunun bölmələri öz mövqelərindən 3 km irəliləyiblər.

Gorusun bələdiyyə sədrinin müavini Menya Ovsepyan bildirib ki, Azərbaycan hərbçiləri Qaragöl (Laçınla sərhəd, SSRİ zamanında, 1983-cü ildə Ermənistana birləşdirilib) üzərində peyda olublar.

Bu açıqlamanı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.


Yaranmış vəziyyəti aradan qaldırmaq üçün hər iki tərəfin rəsmiləri hazırda danışıqlar aparırlar. Hərbçilər arasında atışma yoxdur.


Oxunma sayı: 3125

Oxşar yazılar