Lod şəhərinin bələdiyyə sədri açıqladı : "Şəhərə nəzarəti itirdik, bu ağlasığmazdır"- İsrailin bütün bölgələrində küçələr qaynayır (FOTO)

  • 04:45 - 12 May

İsrailin Lod şəhərində fələstinli etirazçılarla polis arasında baş verən qarşıdurmalar səbəbiylə baş nazir Binyamin Netanyahu fövqəladə vəziyyət elan edib.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, Lod şəhərinin bələdiyyə sədri Yair Revivo şəhərdə baş verənləri vətəndaş müharibəsi adlandırıb.

"Bütün İsrail bilməlidir ki, biz artıq şəhərdə nəzarəti itirmişik. Bu, ağlasığmazdır. Bütün şəhər yanır. Lodda vətəndaş müharibəsi başladı. Mən baş nazirə Lodda fövqəladə vəziyyət elan etmək üçün zəng etdim. İdarəetmə problemi var. Bu, böyük bir hadisədir, İsrail vətəndaşı olan ərəblərin intifasıdır. Bələdiyyə binası artıq əlimizdə deyil", deyə bələdiyyə sədri bildirib. 

Xarici KİV Lod şəhərinə köçürülən israillilərin artıq bölgəni tərk etdiklərini qeyd edir.

Bu arada İsrailin bütün bölgələrində yaşayan ərəblərin küçələrə axışdığı qeyd olunur. Xüsusən də Hayfada etirazçılarla polis arasında qarşıdurmaların olduğu bildirilir.


Oxunma sayı: 10440

Oxşar yazılar