"İsraili qınayırıq, ancaq ümmət addım atmağımızı gözləyir" - Türkiyə Fələstinə sülhməramlı ordunun göndərilməsini tələb edir (RƏSMİ)

  • 23:20 - 11 May

"İsrailin Fələstinə hücumu həmişə qınayırıq, ancaq ümmət bir addım atmağımızı gözləyir. "

Avropa.info xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanı səfəri zamanı jurnalistlərə müsahibəsində deyib. Çavuşoğlu İsrailin Məscidül-Əqsaya hücumlarına cavab verilməsinin lazım olduğunu bildirib.

"İsrail həmişəki kimi fələstinlilərə ən müqəddəs məkanımızda hücum etdi. Buna susa bilməzdik. Prezidentimiz bir çox liderə zəng etdi. BMT Təhlükəsizlik Şurası üzvlərinə zəng etdik. Bölgədəki ölkələrin xarici işlər nazirləri ilə də görüşdük. Fələstin Xarici İşlər naziri cümə günü Ankarada idi. Yenidən əlaqə saxlayırıq. Pakistan, İran, Əlcəzair, İordaniya və Tunis xarici işlər nazirləri ilə də görüşdük.

Bu məsələnin daha yüksək səviyyədə müzakirəsi üçün Xarici İşlər Nazirliyi Şurasının iclasına ehtiyac var. Daha əvvəl Türkiyədəki zirvələrdən sonra BMT təcili iclas çağırmışdı.Keçmişdə Baş Məclis üç dəfə bu çağırışa cavab vermişdi.

Yenə də həmişə kimi İsrailin vəhşiliklərini qınayırıq, ancaq ümmət bir addım atmağımızı gözləyir. Bu hücumlar dayanmalıdır. Fələstinlilərin hüquqları qanun çərçivəsində qorunmalıdır. Səudiyyə Ərəbistanı ilə keçirdiyimiz toplantıda beynəlxalq sülhməramlıların göndərilməsi də daxil olmaqla səylərin sürətləndirilməsinə çağırdıq. Bayramdan sonra bu məsələləri İslam Əməkdaşlıq Təşkilatında ətraflı müzakirə edəcəyik. Ümid edirəm BMT-dən istədiyimiz bir qərarı alacağıq. Volkan Bozkır ilə də danışdıq. Bizdən bir müraciət olarsa, BMT-nin iclasını çağıra biləcəyini söylədi", deyə Çavuşoğlu qeyd edib.


Oxunma sayı: 11650

Oxşar yazılar