Ərdoğanın Fələstin paylaşımına Netenyahunun ərköyün oğlundan rəzil cavab : PKK-nın çirkli bez parçasını paylaşdı (FOTO)

  • 13:09 - 11 May

İsrail ordusunun Qəzzadakı mülki insanları hədəf alması nəticəsində 9-u uşaq olmaqla 24 nəfər həyatını itirib.

Avropa.info xəbər verir ki, dünya bu zülmə səssiz qalarkən, İsrailin hücumlarını pisləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabı ilə dünyaya səsləndi.

Ərdoğan Twitter hesabında paylaşdığı mesajında, "Bütün dünyanı, xüsusilə İslam ölkələrini İsrailin Məscidül-Əqsa, Qüds və fələstinlilərin evlərinə edilən hücumlarına qarşı təsirli davranmağa dəvət edirəm" yazıb.

İsrail qalmaqallı baş naziri Benyamin Netanyahunun adı rüşvət olaylarında hallanan oğlu Yair Netanyahu, Ərdoğanın bu paylaşımına PKK terror təşkilatına aid çirkli bez parçası ilə cavab verməyə çalışıb. 

Yair Netenyahunun bu paylaşımı sosial mediada sərt təpkilərə səbəb olub.


Oxunma sayı: 22551

Oxşar yazılar