İdlibdə Türk əsgərinə xain hücum : Şəhid olan və yaralılar var

  • 05:25 - 11 May

Suriyanın İdlib şəhərində Türkiyə ordusunun əsgərlərinə edilən hücum nəticəsində bir əsgər şəhid olub, 4 əsgər yaralanıb. 

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:

"10 May 2021-ci ildə "Bahar Qalxan" əməliyyat bölgəsindəki (İdlib) təchizat konvoyumuza raket hücumu nəticəsində qəhrəman silahdaşlarımızdan biri şəhid oldu və dörd qəhrəman əsgərimiz yaralandı və dərhal xəstəxanaya köçürüldü.

Hücumdan sonra raketin atıldığı hədəflər atəşə tutuldu. Şəhid qəhrəmanımıza Allahdan rəhmət, ailəsinə və Türk Silahlı Qüvvələrinə başsağlığı və səbr, yaralanan personalımıza təcili şəfa diləyirik", deyə MMN-nin açıqlamasında qeyd olunur. 


Oxunma sayı: 7261

Oxşar yazılar