Türkiyə parlamentinin 4 partiyası İsrailin Məscidül-Aqsaya hücumlarını pisləyən BƏYANAT YAYDI

  • 02:41 - 11 May

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun təklifi ilə AK Partiya, CHP, MHP, İyi Partiya və HDP-nin qrupları İsrailin Məscidül-Əqsaya hücumlarını pisləyən bəyanat yayıblar. 

Avropa.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun imzası olan bəyanatda İsrailin Qüdsdə Fələstin xalqına şiddəti, ibadət azadlığını əngəlləmək cəhdləri pislənib.

Bəyanatda, İsrail təhlükəsizlik qüvvələri tərəfindən Məscidül-Əqsa və ətrafındakı yerlərdə qaz, plastik güllə və səs bombaları ilə həyata keçirilən vəhşicəsinə hücumların körpələr və uşaqlar da daxil olmaqla bir çox günahsız fələstinlinin yaralanmasına səbəb olduğu xatırladaraq, " Türkiyə Böyük Millət Məclisi, bu zülmü və qanunsuzluğu şiddətlə qınayırıq", deyilir.

Image

Oxunma sayı: 4918

Oxşar yazılar