Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı – 18 nəfər vəfat edib

  • 17:06 - 10 May

Azərbaycanda koronavirus infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb.

Avropa.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 18 COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 15 378 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6946, bu günə qədər isə ümumilikdə 3 337 931 test icra olunub.

#

Oxunma sayı: 2168

Oxşar yazılar