Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar 2 mindən çox ağac əkildi – FOTO

  • 16:46 - 10 May

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar respublika ərazisində olduğu kimi, Qubadlı rayonunun bütün idarə, müəssisə və təşkilat, eyni zamanda yaşayış sahələrinin ərazisində də geniş miqyaslı abadlıq, iməclik və ağacəkmə aksiyaları həyata keçirilir.

Avropa.info xəbər verir ki, mayın 10-da Abşeron rayonu, Sumqayıt stansiyası ərazisində məcburi köçkün ailələri üçün yeni inşa olunmuş yaşayış kompleksində Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Qubadlı rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə kampaniyası həyata keçirilib. 

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanları və məktəb kollektivləri iştirak ediblər. Ağacəkmə kampaniyasında 2000-dən artıq ağac əkilib. Ağacəkmə kampaniyasında 1000-dən artıq adam iştirak edib.

Ağacəkmə kampaniyalarının bundan sonra da davam etməsi nəzərdə tutulur.  

 

 

 

 

     


Oxunma sayı: 2597

Oxşar yazılar