Şuşa küçələrini Mehtər Marşı sədaları bürüdü - Ordumuzun yürüşündən MÖHTƏŞƏM VİDEO

  • 00:20 - 10 May

İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

Bu arada Azərbaycan Ordusunun hərbçilərinin Osmanlı dövrünün Mehtər Marşı sədaları altında Şuşada yürüş etmələri diqqətdən qaçmayıb.

Hərbçilərimizin Mehtər Marşının sədaları altında addımlaması sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.


Oxunma sayı: 8427

Oxşar yazılar