Gəncədə güclü külək elektrik və qaz xətləri sıradan çıxarıb - FOTO

  • 21:23 - 09 May

Gəncədə yağışla müşahidə olunan güclü külək fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarından başlayan külək nəticəsində şəhərin bəzi ərazilərində iri gövdəli ağaclar aşıb.

  •  

Bir neçə küçədə ağacın aşması nəticəsində elektrik və qaz xətləri sıradan çıxıb.

Şəhərin bəzi ərazilərində qaz və elektrik enerjinin verilməsində fasilə yaranıb.

Həmin ərazilərə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda Gəncə şəhəri ərazisində yağışla müşahidə edilən küləkli hava davam edir.
 

 

 


Oxunma sayı: 2861

Oxşar yazılar