2-ci Qarabağ müharibəsinin Azərbaycan vətəndaşı olan Fələstin əsilli ŞƏHİDİ - MUHAMMAD EİSSAVİ (VİDEO, FOTO)

  • 04:18 - 09 May

44 günlük Vətən Müharibəsinin Fələstin əsilli şəhidi Muhammad Mazen oğlu Eissavi.

Avropa.info xəbər verir ki, Azərbaycan vətəndaşı olan Muhammad Eissavi 2002-ci il fevralın 18-də anadan olub. Milliyyətcə ərəb idi. 18 yaşlı Muhhammad subay idi. Bakı şəhəri 76 nömrəli tam orta məktəbdən məzun olan Muhammad Azərbaycan Silahlı Qüvvələrinə həqiqə hərbi xidmətə çağırılmışdı.

Azərbaycan Ordusunun əsgəri olan Muhammad Eissavi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Muhammad Eissavi noyabr ayının 9-da Xocavənd rayonunda şəhid olub. 

Muhammad Eissavi — Vikipediya


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muhammad Eissavi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Muhammad Eissavi ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhid Muhammad Mazen oğlu Eissavi Suraxanı rayonu Hövsan qəsəbəsində dəfn olunub.

Allah rəhmət eləsin!

76 №-li tam orta məktəb
Bir açık hava görseli olabilir

Oxunma sayı: 52603

Oxşar yazılar