Aqrar Təlim Mərkəzi, Heyvan Sağlamlığı, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi və Baytarlıq Xidmətləri Mərkəzi yaradılıb

  • 23:01 - 07 May

Nazirlər Kabineti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilməsi barədə” qərar verib.

Avropa.info-nun məlumatına görə, qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Beyləqan, Gəncə, Kürdəmir, Quba, Lənkəran, Salyan, Şəki və Tərtər Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin əsasında Aqrar Təlim Mərkəzi yaradılıb və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyinə verilib.

  •  

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının, Dəmir yolunda Dövlət Baytarlıq İdarəsinin və rayon (şəhər) baytarlıq idarələrinin əsasında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi yaradılıb və Agentliyin tabeliyinə verilib.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Respublika Bitki Mühafizəsi Mərkəzinin, Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Cəngi pestisid poliqonunun əsasında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi yaradılıb və Agentliyin tabeliyinə verilib.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar Regional Aqrokimya laboratoriyaları Agentliyin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinə birləşdirilib. Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib.

Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Kənd həyatı” qəzetinin redaksiyasının adı dəyişdirilərək, “Aqroinfo” qəzetinin redaksiyası adlandırılıb. Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərbaycan Aqrar Elmi” urnalının redaksiyası və “Aqroinfo” qəzetinin redaksiyası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin tabeliyinə verilib. Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Aqrar Elm və İnnovasiya Mərkəzinin adı dəyişdirilərək, Aqrar İnnovasiya Mərkəzi adlandırılıb.


Oxunma sayı: 8449

Oxşar yazılar