Azərbaycanın milli istehsalı olan gəmi-bərə ilk səfərinə çıxıb

  • 10:19 - 07 May

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi 7 may 2021-ci il tarixində ilk səfərinə çıxıb. 

"Xəzər Dəniz Gəmiçiliyi”ndən Avropa.info-ya bildirilib ki, “Azərbaycan” gəmisinin ilk səfəri Qazaxıstanın Kurık  limanına olub. Gəmi bu gün Ələtdə yerləşən Bakı Limanından yola düşüb.

Daimi heyəti 25 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

“Azərbaycan” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 14 bərə və 2  Ro-Ro tipli gəmi həyata keçirir.


Oxunma sayı: 5952

Oxşar yazılar