Azərbaycan sərbəst güləşçiləri tarixi antirekorda imza atdı

  • 02:23 - 07 May

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında cəmi 3 sərbəst güləşçi təmsil edəcək.

"Report"un məlumatına görə, bu, antirekord göstəricidir.

Əvvəlki olimpiadalarda ən pis halda 4 sərbəst güləşçi mübarizə aparıb:

1996. Atlanta - 6

2000. Sidney - 6

2004. Afina - 4

2008. Pekin - 7

2012. London - 6

2016. Rio-de-Janeyro - 6

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına sərbəst güləş növündə maksimum 6 lisenziya qazanmaq olar. Azərbaycan təmsilçilərindən Şərif Şərifov (97 kq) 2019-cu il dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə builk Avropa Təsnifat Turnirində bu vəzifənin öhdəsindən gəlib. Son şans sayılan Dünya Təsnifat Turnirində Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) lisenziyasız qalıb.


Oxunma sayı: 6546

Oxşar yazılar