SON DƏQİQƏ: Latviya Seymi qondarma “erməni soyqırımı”nı tanıdı

  • 13:03 - 06 May

Latviya Seymi səs çoxluğu ilə qondarma “erməni soyqırımı”nı tanıyıb.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistanın Latviya, Litva və Estoniyadakı (iqamətgahı Vilnüs) səfiri Tiqran Mkrtçyan “Facebook”da yazıb.

Onun sözlərinə görə, 100 deputatdan 58-i qətnamənin lehinə səs verib.

Xatırladaq ki, bir gün əvvəl Latviya parlamentinin xüsusi komitəsi qətnamə layihəsini rədd etmişdi. Səsvermədə komitənin doqquz üzvündən biri qətnamənin əleyhinə səs verib, dörd nəfər bitərəf qalıb. Nəticədə sənəd qəbul olunmamışdı.


Oxunma sayı: 5776

Oxşar yazılar