Avropa çempionatının kuboku Bakıya gətiriləcək
- 17:45 - 03 May
Futbol üzrə Avropa çempionatının kuboku Bakıya gətiriləcək.
Avropa.info bildirir ki, bu barədə UEFA-nın saytında məlumat verilib. Qeyd olunur ki, kubok yarışların keçiriləcəyi şəhərlər üzrə tur çərçivəsində mayın 7-8-də Bakıda nümayiş etdiriləcək.
Kubok daha sonra Bakıdan Kopenhagenə yola düşəcək.
Qeyd edək ki, Avro-2020 çərçivəsində Bakıda qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı keçiriləcək.
Yarımfinal və final matçları Londonda baş tutacaq.
Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.